Bakı,TurkicWorld
Terrorla mübarizə əməliyyatları ilə yolun sonuna çatan və başqa çarəsi qalmayan PKK, təşkilatın lideri Abdullah Öcalanın “silahları yerə qoyun” çağırışına əməl edəcəyini açıqladı.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Türkiyənin sərhədləri daxilində və xaricində keçirdiyi antiterror əməliyyatları terror təşkilatı PKK-nı məhv edib.
Terrorla mübarizə əməliyyatları ilə yolun sonuna çatan və başqa çarəsi qalmayan PKK terrorçu liderin “silahları yerə qoyun” çağırışına əməl edəcəyini açıqladı.
Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.
"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm.",- deyə Öcalanın mesajında qeyd olunub.
Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib