Azərbaycan millisinin üzvü Renat Dadaşov “Radomyak”ın heyətində debüt etməsi və qol vurması haqda fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesablarında paylaşım edib.
Renat yazıb: “Yeni komandamda debüt etdiyim üçün şadam. O cümlədən bu heyrətamiz klub üçün ilk qolu da vurdum. Üç xal qazanmaq istəyirdik. Buna baxmayaraq, işimizi davam etdiririk və bütün diqqətimizi növbəti oyuna yönəldirik”.