AZ

Zelenski Ağ Evdəki fiaskoya görə üzr istəməlidir - Rubio

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və vitse-prezident J.D.Venslə görüşü “onun üçün fiaskoya” çevirdiyi iddiasına görə üzr istəməlidir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində bildirib.

O, Zelenskinin Rusiya ilə müharibəni faktiki olaraq bitirmək niyyətinə şübhə etdiyini bildirib. "Onun (Zelenski - red.) ora gedib antaqonist olmağa ehtiyacı yox idi”, - deyə Rubio bildirib.

Amerika diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Zelenski sülh razılaşmasını istəməyə bilər: “İstədiyini deyir, amma ola bilsin ki, istəmir".

Seçilən
25
33
publika.az

10Mənbələr