AZ

Vəfa və Aysun Bakıda qanunsuz olduğu bildirlən obyektin açılışında - VİDEO

Xəzər rayon Binə qəsəbəsində Ə. İsazadə küçəsində qanunsuz tikinti aparılaraq səkini zəbt edən “Buta Univermağı”nın açılışı keçirilib.

Bizim.Media xəbər verir ki, tanınmış müğənnilər - Vəfa Şərifova və Aysun İsmayılova açılışa qatılıblar.

Yüzlərlə insan müğənnilərlə görüşə gəlsələr də, əksəriyyəti qapı arxasında qalıb, müğənnilərlə görüşə buraxılmayıblar.

Maraqlıdır, sözügedən müğənnilər qatıldıqları və açılışını etdikləri obyektin qanunsuz olduğundan məlumatlı idilər?

Qeyd edək ki, Binə qəsəbəsi Əli İsazədə küçəsində “Buta Univermaq”ın sahibi bir müddət öncə səkini zəbt edərək genişlənmə və təmir işləri aparmışdı.

Araşdırmalarımız nəticəsində məlum olub ki, Dövlət Şəhərsalama və Arxitektura Komitəsində bu tikinti barədə heç bir məlumat əks olunmayıb.

Mənbə Xalq.az




Bizim.Media

Seçilən
4702
bizim.media

1Mənbələr