Tbilisi, 1 mart, AZƏRTAC
“Azərbaycanlılar Gürcüstanın sosial-iqtisadi, mədəni inkişafında mühüm rol oynayırlar. Biz onların fəaliyyətini yüksək qiymətləndiririk”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın xalq müdafiəçisi (ombudsman) Levan İoseliani söyləyib. Onun sözlərinə görə, azərbaycanlı gənclərin gürcü dilini öyrənməsi nəticəsində onlar Gürcüstan cəmiyyətində müxtəlif sahələrdə özlərinə iş tapa bilirlər. Artıq ikili təhsil proqramı başlayıb və bu, gələcəkdə daha yaxşı nəticələr verəcək. Azərbaycanlılar təkcə kənd təsərrüfatında deyil, həm də təhsil, səhiyyə və texnologiya kimi sahələrdə də fəal iştirak edirlər. Bu, onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirir və müxtəlif sahələrdə uğurlu layihələrin reallaşmasına töhfə verir.
Tbilisi