Bu gün futbol üzrə II Liqada XXIV tur çərçivəsində daha 3 matç keçirilməlidir.
Offsideplus.az xəbər verir ki, qarşılaşmalar saat 14:00-da Quba və Ağdaşda, saat 15:00-da isə Şəkidə baş tutmalıdır. Ölkə ərazisinə yağan qar səbəbilə, PFL-nin mətbuat xidmətindən oyunların təxirə salınma ehtimalı barədə öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev saytımıza açıqlamasında bu sözləri dedi:
"Hər şey hal-hazırda plana uyğun gedir. Təmizlik işləri aparılır. Fors major hal yaşansa əlavə məlumat verəcəyik".
Qeyd edək ki, Quba OİK stadionu "Hypers Quba" - "Şəmkir", Ağdaş şəhər stadionu "Ağdaş" - "Şimal", Şəki şəhər stadionu isə "Sheki City" - "Lerik" oyununa ev sahibliyi edəcək.