ABŞ Ticarət Nazirliyi yanvar ayına dair xarici ticarət balansı, topdansatış və pərakəndə ehtiyatlarına dair məlumatları açıqlayıb.
Valyuta.Az xəbər verir ki, xarici ticarət kəsiri yanvarda əvvəlki ayla müqayisədə 25,6% artaraq 153,3 milyard dollara yüksəlib.
Bu dövrdə 116,9 milyard dollar səviyyəsində olan bazar gözləntilərini üstələyən və rekord həddə çatan xarici ticarət kəsiri 2024-cü ilin dekabrında 122 milyard dollar təşkil etmişdi.
Yanvarda malların ixracı 3,3 milyard dollar artaraq 172,2 milyard dollara, idxalı isə 34,6 milyard dollar yüksələrək 325,4 milyard dollara çatıb.
Eyni zamanda, topdansatış ehtiyatlarının həcmi aylıq 0,7% artaraq 905,2 milyard dollara yüksəlib, pərakəndə ehtiyatları isə 0,1% azalaraq 821,3 milyard dollara geriləyib.
Rəhim