AZ

Bakıda stend atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilir

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə stend atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, tədbir Bakı Atıcılıq Mərkəzində təşkil edilir.

Dairəvi və səngər stendi üzrə baş tutan təlimlər martın 2-dək davam edəcək. Referilər 2025-ci il üçün təsdiqlənmiş ISSF qaydaları ilə yaxından tanış olub, həm nəzəri seminarlar, həm də praktiki məşğələlərdə iştirak edirlər.

Kursun sonunda hakimlər imtahan verərək beynəlxalq sertifikat əldə edəcəklər.

Seçilən
64
7
90deqiqe.az

8Mənbələr