PFL bu gün saat 14-də II Liqanın XIV turu çərçivəsində start götürməsi nəzərdə tutulan "Ağdaş" - "Şimal" matçının vaxtını dəyişib.
Offsideplus.az xəbər verir ki, oyunun Ağdaş şəhər stadionunda saat 15:30-da başlanması gözlənilir.
PFL-in planlarının pozulmasına səbəb qeyri-sabit hava şəraitinə görə stadiona yağan qarın tam təmizlənməməsidir.
Təqvimə əsasən, bu günə nəzərdə tutulan "Hypers Guba" - "Şəmkir" (saat 14:00), eləcə də "Sheki City" - "Lerik" (saat 15:00) oyunlarının başlanma saatı hələlik qüvvədədir.