AZ

Tramp Zelenskiyə: Bu şəkildə iş görmək bizim üçün çətin olacaq

Tramp

ABŞ Prezidenti Donald Tramp, Vlodimir Zelenski ilə Ağ Evdəki Oval otaqda baş verən ictimai mübahisədən sonra bildirib ki, belə bir üslubda iş aparmaq çox çətin olacaq. “Ulusum”.az xəbər verir ki, bu barədə RİA Novosti Ağ Ev mətbuat xidmətinə istinadən məlumat yayıb."Bizim üçün belə bir üslubda iş aparmaq çox çətin olacaq", - deyə Amerikanın lideri qeyd edib.Həmçinin, ABŞ Prezidenti əlavə edib ki, Zelenski ABŞ-a "münaqişəyə münasibətdə necə hiss edəcəyini diktə etmə hüququna" sahib deyil və Vaşinqton münaqişənin həlli üçün bütün mümkün cəhdləri edir. Tramp, eyni zamanda, Ukrayna siyasətçisini ABŞ-a qarşı hörmətsizlikdə ittiham edib.Mübahisənin mərkəzi mövzusu Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivləri olub. Tramp, Zelenskinin məsuliyyətsiz yanaşmasını tənqid edərək bildirib ki, onun hərəkətləri milyonlarla insanın həyatını riskə atır və Üçüncü Dünya Müharibəsi səviyyəsində bir eskalasiyaya təhdid edir.Ukrayna siyasətçisi, öz növbəsində, Rusiya ilə münaqişənin diplomatik həllini qətiyyətlə rədd edib və keçmiş cəhdlərin, o cümlədən müxtəlif razılaşmaların və energetika müqavilələrinin effektiv olmamasına istinad edib.Səidə

Diqqət Çəkənlər

"Ana dilimizi sevək,qoruyaq daima ucaldaq" adlı tədbir keçirilib

“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir - FOTO

Olland Trampa «zərbə vurmağa» çağırıb

Seçilən
45
ulusum.az

1Mənbələr