AZ

Qazaxıstanda bu texnikaya Hökümə Əliyevanın adı verilib

Ambulansa Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib.
Bolgə.TV xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Sənayesi Kompleksi Müəssisələri Assosiasiyasının idarə heyətinin sədri Aybek Barısov İnstaqram hesabında məlumat yayıb.
"Ruhun şad olsun, türk millətinin qəhrəman qızı! Biz sənin qəhrəmanlığını gələcək nəsillərə mütləq çatdıracağıq", - o, paylaşımını bu sözlərlə şərh edib.
A.Barısov bildirib ki, Hökumə öz həyatının sona çatacağını bildiyi halda həyəcan keçirmədən, son anadək insanların həyatını xilas etmək üçün mübarizə aparan bir qəhrəmandır. Hərbi ambulansın da məqsədi məhz insanların həyatını xilas etməkdir.
Seçilən
156
9
bolge.tv

9Mənbələr