Dizindəki zədəni sağaldan Rodri "Mançester Siti" ilə fərdi məşqlərə başlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klub tərəfindən paylaşım edilib.
İspaniyalı yarımmüdafiəçi 2024-cü ilin sentyabrından bəri sıradan çıxmış, oktyabrda isə "Qızıl Top" mükafatına layiq görülmüşdü.
Qeyd edək ki, "Mançester Siti" bu gün saat 21:45-də "Playmout"a qarşı İngiltərə Kuboku görüşünə çıxacaq. Komanda cari mövsüm İngiltərə Premyer Liqasında 27 oyundan sonra 4-cü yerdə qərarlaşıb.