AZ

Asiya Parlament Assambleyası Qərbi Azərbaycana qayıdışla bağlı dialoq çağırışlarına dəstək ifadə edib - İcma

Bakı. Trend:

Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunmasıistiqamətində növbəti mühüm uğur əldə edilmişdir. Asiya ParlamentAssambleyasının 17-21 fevral 2025-ci il tarixlərində Bakıdakeçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbiazərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğmayurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışlabağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə edilib.

Trend xəbərverir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bildirilib ki, özündə 44 dövlətin parlamentini birləşdirən AsiyaParlament Assambleyasının Qərbi azərbaycanlıların qayıdış hüququnadəstək ifadə etməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqlarıgündəliyinin əsas məsələlərindən biri kimi qəbul edilməsininnövbəti mötəbər təsdiqidir.

"Qərbi Azərbaycan İcması yekun sənəddə ifadə olunan sözügedənbirmənalı dəstəyə görə Azərbaycan Respublikasının Milli Məclisinəvə Asiya Parlament Assambleyasının üzvü olan digər dövlətlərinparlamentlərinə təşəkkür edir", - bəyanatda qeyd edilib.

Seçilən
26
16
az.trend.az

10Mənbələr