AZ

Dünya çempionu vəfat etdi

Rusiyanın şahmat üzrə qrossmeysteri və dünya çempionu Boris Spasski 88 yaşında vəfat edib. Metbuat.az xəbər verir ki, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) baş direktoru Emil Sutovski açıqlayıb. Xatırladaq ki, 1978-ci ildə Fransa vətəndaşlığını qəbul edən Spasski 1969-1972-ci illərdə şahmat üzrə dünya çempionu olub.

Spasski 1984, 1986 və 1988-ci illərdə Şahmat Olimpiadalarında Fransanı təmsil edib.

Seçilən
37
metbuat.az

1Mənbələr