AZ

Jared Bynum: “Azərbaycanda özümü təsdiqləməyə çalışıram”

“Matç yaxşı keçdi”.

İdman.biz xəbər verir ki, bunu "Sərhədçi"nin basketbolçusu Jared Bynum klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XV turunda NTD üzərində qələbə qazandıqları matçı şərh edib: “Qalib gəlməyə davam etmək üçün inkişaf mütləqdir. Daha güclü olacağıq. 10 xal geridən qayıdıb və qalib gəlmək lazım oldu. Bunu bacardıq. Ümumilikdə, inamlı qələbədir. Rəqib də yaxşı kollektivdir".

“Sərhədçi”nin yeni amerikalı transferi komandaya adaptasiyasına toxunub: "Özümü təsdiqləməyə, nə edə biləcəyimi göstərməyə və onların nə edə biləcəyini öyrənməyə çalışıram. Liqaya və üsluba öyrəşdikdən sonra daha yaxşı oyunlar oynamağa davam etmək istəyirəm”.

Qeyd edək ki, “Sərhədçi” NTD üzərində 84:83 hesablı qələbə qazanıb.

İdman.biz

Seçilən
45
idman.biz

1Mənbələr