AZ

Bank kartından pul oğurlayan şəxslər saxlanıldı

Fevralın 27-də Xəzər rayonu ərazisində bir nəfər itirdiyi bank kartından 556 manatının oğurlanması barədə polisə məlumat verib.

Keçirilən tədbirlərlə əməli törətən şəxsin kimliyini müəyyən etmək mümkün olub.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları bank kartından oğurluq edən 21 yaşlı Ə.Kərimovu müəyyən edərək saxlayıblar.

Rayon ərazisində bir nəfərə məxsus bank kartından 400 manat pul talamaqda şübhəli bilinən 55 yaşlı C.Cəfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
14
sitat.info

10Mənbələr