2025-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 312,6 min nəfər olmuş, onlardan 5 milyon 29,9 min nəfərini məşğul, 282,7 min nəfərini (5,3%-ni) işsiz əhali təşkil etmişdir.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 778,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 882,8 min nəfər, qeyri-dövlət sektorunda isə 895,7 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1746,7 min nəfər çalışmışdır.
2025-ci il fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 225,6 min nəfər olmuş, onların 48 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 441,4 manat olmuşdur.