AZ

Devid Bekhem kimi ən yaxşı futbolçu hesab edir?

ABŞ klubu “İnter Mayami”nin həmsahibi Devid Bekhem kimi ən yaxşı futbolçu hesab etməsi ilə bağlı fikrini açıqlayıb.

Arena.az Bekhemin bu barədə qənaətini təqdim edir:

“Mən hesab edirəm ki, Lionel Messi – dünyada ən yaxşı oyunçudur. Fikrimcə, o, bütün zamanların ən yaxşı futbolçusudur”, deyə Bekhem vurğulayıb.

“Mançester Yunayted”lə Madrid “Real”ının, həmçinin İngiltərə millisinin sabiq üzvü uşaqlıqdan iş adamı olacağına əmin olduğunu da etiraf edib:

“Uşaqlıqdan bilirdim ki, məşhur futbolçu olacağam, Mən həmişə bilirdim ki, nə vaxtsa oynamağımı başa vurub hansısa ticarətlə məşğul olacağam, mən heç vaxt məşqçiliyə can atmamışam”, deyə Devid Bekhem vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” yeni mövsümündə 3 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 42 oyun, 36 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
48
1
arena.az

2Mənbələr