AZ

"Skype" fəaliyyətini dayandırır

Bir zamanlar insanların internet üzərindən görüntülü danışmaq üçün istifadə etdikləri yeganə proqram olan "Skype" fəaliyyətini dayandırır.

Bizim.Media "BBC"-yə istinadən xəbər verir ki, “Microsoft” 2025-ci ilin may ayında “Skype” xidmətini dayandıracağını açıqlayıb.

Şirkət istifadəçiləri “Microsoft Teams” platformasına keçməyə təşviq ediləcəyini qeyd edib.

Xatırladaq ki, “Skype” ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən 8,5 milyard dollara satın alınıb. Son illərdə “Zoom” və “Slack” kimi rəqiblərlə rəqabət aparmaqda çətinlik çəkən “Skype”, xüsusilə pandemiya dövründə “Teams”in populyarlığının artması ilə kölgədə qalıb.

Bizim.Media

Seçilən
100
7
bizim.media

8Mənbələr