AZ

Dünya Bankı 2025-2029-cu illər üçün Azərbaycanın real ÜDM artım proqnozunu verib

Bakı. Trend:

Dünya Bankı Azərbaycanın iqtisadi artımının 2025-2029-cu illərərzində orta hesabla 2.3 faiz səviyyəsində qalacağınıproqnozlaşdırır.

Trend xəbər verirki, aşağıdakı cədvəldə 2020-2029-cu illər ərzində daimi bazarqiymətləri şəraitində real ÜDM (faizlə ifadəsi) artımı ilə bağlıproqnozlar və qiymətləndirmələr əksini tapıb.

İl

2020

2021

2022

2023

2024

2025

2026

2027

2028

2029

ÜDM(%)

-4.2

5.6

4.7

1.1

2.3

2.4

2.4

2.3

2.2

2.2

“Neft hasilatının, əsas neft yatağının köhnəlməsi səbəbindənazalmaqda davam edəcəyi ehtimal olunur, hərçənd təbii qaz hasilatı2024–2025-ci illərdə pik həddinə çatdıqdan sonra sabitləşəcək.Qeyri-xammal sektorlarında iqtisadi artımın, əsasən, xidmət sahəsivə dövlətin əhəmiyyətli investisiyaları ilə stimullaşdırılantikinti sektorunun hesabına təxminən 4 faiz olacağıproqnozlaşdırılır", – deyə Dünya Bankı qeyd edib.

Dünya Bankı, eyni zamanda, ortamüddətli perspektivdəAzərbaycanın xarici və büdcə mövqelərinin müsbət qalacağınıproqnozlaşdırır, lakin profisitlər hasilatın azalması ilə əlaqədarkarbohidrogen sektoru gəlirlərindəki düşüşlərin təsiri altındaazala bilər.

Bununla belə proqnozlara xarici risklər və qeyri-müəyyənlik ,həmçinin, aşağıdakı göstərilən faktorlar təsir edə bilər.

  • regional münaqişələrin təkamülü
  • qlobal iqtisadiyyatda dəyişiklik
  • iqlimlə bağlı ekstremal hadisələrin yaratdığı fəsadlar.

X: @Lyaman_Zeyn

Seçilən
40
2
az.trend.az

3Mənbələr