Bakı. Trend:
19 il öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsisedildiyi 28 fevral tarixində ötən ilin ən uğurlu memarlıqlayihələrinin mükafatlandırılması mərasimi keçirilib.
Trend xəbərverir ki, 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illikyubileyinə həsr edilərək Komitə tərəfindən ilk dəfə təşkil edilmişən yaxşı memarların mükafatlandırılması mərasimi, bundan sonra həril “Təməl” Mükafatı adı altında təşkil ediləcək.
Təşəbbüsün məqsədi il ərzində seçilmiş müəlliflərin (memarların)yaradıcı layihələrinin müvafiq peşəkarlıq meyarlarına əsasənqiymətləndirilməsi, memarlıq sənətinin inkişaf etdirilməsi vəbununla da yaşayış məntəqələrində şəhərsalma mühitinin və həyatkeyfiyyətinin daha da yaxşılaşdırılmasına təkan verməkdir.
Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin sədri Anar Quliyev “Təməl” mükafatınınAzərbaycanda memarlığın inkişafında yeni bir mərhələninbaşlanğıcını qoyduğunu və məhz bu səbəbdən mükafatın rəmzi adınınseçildiyini qeyd etdi.
“Memarlıq yalnız estetik gözəllikdən ibarət deyil, həm də mədəniirsimizin və gələcək nəsillərin yaşam mühitinin formalaşmasındaəvəzsiz rol oynayır. Həmçinin, memarlıq vasitəsilə şəhərlərin ruhu,tarixi dəyərlər və innovativ yanaşmalar birləşərək, unikalurbanistik məkanların yaranmasına şərait yaradılır. Hər il təşkilolunacaq bu mərasim, memarlıq dünyasında yeni fikirlərin, qabaqcıllayihələrin və texnoloji yeniliklərin dəstəklənməsində mühümvasitəyə çevriləcək, dövlət siyasətinə uyğun olaraq memarlığın vəşəhərsalmanın təməl prinsiplərinin qorunmasına töhfə verəcək”, –Anar Quliyev qeyd edib.
Tədbirdə həmçinin Azərbaycan Memarlar İttifaqının İdarəHeyətinin sədri Elbay Qasımzadə, münsiflər heyətinin sədri, əməkdarmemar İlqar İsbatov, həmçinin münsiflər heyətinin üzvü, əməkdarmemar Nəriman İmaməliyev çıxış edərək bu təşəbbüsün müasir şəhərmühitinin yaradılması, memarlıq ənənələrinin qorunması və inkişafıbaxımından xüsusi əhəmiyyətini qeyd ediblər.
Daha sonra qaliblərə “Təməl” mükafatı, habelə bir sıra digərseçilmiş layihə müəlliflərinə müvafiq diplomlar təqdim edildi.
Eyni zamanda, Memarlar İttifaqının təşəbbüsü ilə ötən ilin əngənc memarı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinintabeliyində Bakı Dövlət Layihə İnstitutunun əməkdaşı 23 yaşlı JaləHüseynovanın fəaliyyəti xüsusi qeyd edilərək AzərbaycanRespublikası Memarlar İttifaqının katibi Şeyda Novruzzadətərəfindən müvafiq qaydada təltif edildi.
Qeyd edək ki, aşağıdakı 6 nominasiya üzrə ötən il ərsəyə gəlmişümumilikdə 93 layihədən 13 ən uğurlu layihə təltif edildi:
“Yaşayış komplekslərinin memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – “The Grand” yaşayış kompleksininlayihəsi (müəllif: Aleksey Fursov),
II dərəcəli diplomlar:
Şuşa şəhəri, Qarabağ küçəsində yerləşən binaların fasad həlli(müəlliflər: Marselina Zielinska);
Laçın rayonu, Minkənd kəndinin yenidənqurulması layihəsi(müəlliflər: Elçin Umudov, Elçin Əliyev, Simurə Əmirova, JaləHüseynova);
“Bərpa və yenidənqurma layihələri” nominasiyası üzrə
“Təməl” mükafatının laureatı – Xankəndi şəhəri, təhsil elm vəmədəniyyət binasının fasadının yenidənqurulması (müəllif: AğaXalıqzadə),
II dərəcəli diplom:
Ağdam İmarət Kompleksinin layihəsi (müəllifləri: Fabrisio Konti,Valentina Linares, Alessandro Bianki, Fizuli Əliyev, Əli Məmmədov,Yaşar Zeynallı);
“İctimai binaların memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Laçın şəhəri, “Asan xidmət”mərkəzinin layihəsi (müəllif: Samir Abasquliyev);
II dərəcəli diplom:
Bakı Ağ Şəhər Biznes Mərkəzinin layihəsi (müəllif:CallisonRTKL);
“İctimai məkanlar və landşaft memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Bakı şəhəri, Mərkəzi parkınlayihəsi (müəlliflər: Franz Yans, Maria Aubök, Yanos Karas, MironVendziloviç, İvan Rinaldi, İvana Kuçirkova, DenisaRusnaçikova);
II dərəcəli diplom:
Bakı şəhəri, Mərkəzi Nəbatat Bağının layihəsi (müəlliflər:Mansur Bukani, Babək Şahbazi, Ziya Aslan, Samir Sadıxov);
“Mədəniyyət və dini obyektlərin memarlığı” nominasiyasıüzrə:
“Təməl” mükafatı – Bakı şəhəri, Zəfər Parkının layihəsi(müəllif: Francesco Cordano),
II dərəcəli diplom:
Cəbrayıl şəhərində məscid layihəsi (müəllif: CahangirMəmmədrzayev, Ağa Xalıqzadə);
“Nəqliyyat, sənaye, rabitə və mühəndis bina və qurğuları”nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Bakı Ağ Şəhər piyada körpüsününlayihəsi (müəlliflər: UNStudio, Azərbaycan Inkişaf Şirkəti),
II dərəcəli diplom:
Laçın Beynəlxalq Hava Limanının layihəsi (müəllif: ElyarDehghanian, Babək Dehghanian, Boris Qejankin).