AZ

Vensan Kompani “Ştutqart” üzərində qələbəni şərh etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 24-cü turunda “Ştutqart”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az Almaniya Bundesliqasının rəsmi saytına istinadən, belçikalı mütəxəsssin bu barədə qənaətini təqdim edir:

“Bu, yüksək səviyyəli oyun idi. “Ştutqart”la səfərdə oynamaq, həmişə asan deyil. Bir oyunçu kimi, mən burada heç vaxt qələbə qazanmamışam. Onlar oyunun əvvəlində yaxşı oynayırdılar, biz isə oyun ərzində artırdıq, ikinci hissədə isə mütəmadi surtədə təhlükə yaradırdıq – bax, bəzən oyunlar belə keçir. Nəticədə biz etibarlı müdafiə olunurduq və güclü xasiyyətimizi nümayiş etdirdik”, deyə Vensan Kompani vurğulayıb.

Xatırladaq ki, Münhen təmsilçisi bu oyunda 3:1 hesablı əzmkar qələbəni bayram edib.

Cari mövsümdə keçirdiyi 24 oyunda 61 xal toplamış “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinə başçılıq edir. “Ştutqart” isə 36 xalla 7-ci pillədə qərarlaşıb.

Seçilən
26
arena.az

1Mənbələr