AZ

Paşinyandan Tramp-Zelenski mübahisəsinə REAKSİYA

Ermənistanın Baş naziri Nikol Paşinyanın ödən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaşanan gərginliyə reaksiyası diqqət çəkib.

Jurnalistlərdən Paşinyana sual ünvanlayaraq baş nazirin məsələyə münasibətini öyrənmək istəyiblər.

Lakin o, “Bu məsələyə şərh verməyəcəyəm”, – deyə bildirib. Paşinyanın bu mövzuya münasibət bildirməkdən yayınması müzakirələrə səbəb olub.

Qeyd edək ki, ötən gün Ağ Evdə Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens arasında gərgin anlar yaşanıb. Nəticədə Zelenki Ağ Evi tərk edib, ABŞ-la nəzərdə tutulan mineral ehtiyatlarla bağlı sazişi imzalamayıb və Trampla keçirilməsi planlanan brifinq təxirə salınıb.

Ayşən Mustafa

Mənbə: globalinfo.az

Seçilən
39
globalinfo.az

1Mənbələr