Ukrayna Silahlı Qüvvələri Kubandakı “Türk axını” qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə ötən gün - Zelenskinin ABŞ-yə səfəri zaman baş verib.
Məlumata görə, üç pilotsuz təyyarə “Türk axını” ilə qaz tədarük edən “Russkaya” kompressor stansiyasının infrastrukturuna hücum etməyə cəhd edib və vurulub.
Mənbə: unikal.az