AZ

“Dinamo”dan çətin, “Təhsil”dən böyükhesablı qələbə

Kişi həndbolçuların Azərbaycan çempionatının final mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün V-VI yerlər uğrunda mübarizə aparan “İdman Akademiyası” və “Dinamo” komandalarının görüşü baş tutub.

“AHF Arena”da keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. Fasiləyə 17:15 hesablı üstünlüklə yollanan “Dinamo” ikinci hissədə də təşəbbüsü əldən verməyib. “İdman Akademyası” məğlubiyyətdən qurtulmağa çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Görüş “Dinamo”nun 35:30 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər görüşündə “Təhsil” və “Gənclər Birliyi” üz-üzə gəlib. Daha inamlı oyun nümayiş etdirən nominal ev sahibi qələbə qazanıb – 38:24.

İdman.biz

Seçilən
41
idman.biz

1Mənbələr