AZ

Qatarın qarşısına qəfil çıxan yeniyetmə faciəli şəkildə öldü

Bakı. Trend:

Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətindəhərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.

Trend xəbərverir ki, bu barədə "Azərbaycan dəmir Yolları"nın yaydığı məlumatdadeyilir.

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə azolduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdənvəfat edib.

Hadisə aidiyyəti üzrə araşdırılır", - qurumdan bildirilib.

"Azərbaycan Dəmir Yolları" piyadalara bir daha xəbərdarlıq edibki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağavə sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətədavam etsinlər.

Seçilən
40
12
az.trend.az

10Mənbələr