Demokrat.az xəbər verir ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissələri qarla örtülüb. Yolun bəzi yerlərində qar örtüyünün hündürlüyü 50-60 sm-ə çatır. Eyni zamanda, Muğanlı-İsmayıllı və İsmayıllı-Lahıc avtomobil yollunda da nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi yolların qardan və buzdan təmizlənməsi üçün iş aparır. Yola qum-duz qarışığı səpilsə də, yolların tam olaraq təmizlənməsi hələ yekunlaşmayıb. Hazırda bölgədə hava temperaturu mənfi 4 dərəcədir və qar yağmağa davam edir.
6Mənbələr
-
avtosfer.azGüclü qar Bakı-Şamaxı-Yevlax yolunda çətinliklər yartdı - FOTO ( 15788405)
-
demokrat.azBakı-Şamaxı-Yevlax yolunda çətinliklər yaranıb ( 15785095)
-
ekologiya.azBölgədə güclü qar yağır: Bakı-Şamaxı-Yevlax yolunda çətinliklər yaranıb ( 15784941)
-
sia.azBölgədə güclü qar yağır: Bakı-Şamaxı-Yevlax yolunda çətinliklər yaranıb - FOTOLAR ( 15783979)
-
xalqqazeti.azBölgədə güclü qar yağır: Bakı-Şamaxı-Yevlax yolunda çətinliklər yaranıb ( 15783949)
-
azertag.azBölgədə güclü qar yağır: Bakı-Şamaxı-Yevlax yolunda çətinliklər yaranıb ( 15783807)