“Hörmətli KATV1. Bir damcı qar yağan kimi internet kəsilib, telefon xəttiniz də məhv olub deyəsən, zəng çatmır.
İl olub 2025 hələ də internet problemi yaşayırıq”.
AzPost xəbər verir ki, bunu Fərid Şamilov adlı vətəndaş sosial şəbəkə hesabında yazıb.
İnternet problemi yaşayan şikayətçi şirkətin ünvanına ironiyalı sözlər yazıb.
“Onsuz da düzəmməlli işləmirsiz, bağlıyın ofisi oturun evdə. Hava da soyuqdu, üşüyərsiz birdən” – deyə o bildirib.
Digər vətəndaşlar da şərh yerində eyni problem ilə qarşı-qarşıya olduqlarını ifadə ediblər.
Qarşı tərərfin mövqeyini dərc etməyə hazırıq.