Bu gün Azərbaycan futbolunda qeyri-adi olay yaşanıb.

Offsideplus.az PFL-ə istinadən xəbər verir ki, futbol üzrə II Liqanın XIV turu çərçivəsində keçirilməli olan “Ağdaş” – “Şimal” qarşılaşması meydan sahiblərinin etinasızlığı ucbatından baş tutmayıb.

Belə ki, ağdaşlılar şəhər stadionunun qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hər hansı addım atmayıblar.

Hərçənd 14:00-a təyin olunan qarşılaşma ilə əlaqədar qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar. PFL tərəfindən “Ağdaş” rəsmilərinə tövsiyələr verilib, 90 dəqiqə ərzində ot örtüyünü təmizləmək tapşırılsa da, matçın baş tutması üçün hər hansısa cəhd edilməyib.

Əsasnaməyə görə, "Ağdaş"ı texniki məğlubiyyət gözləyir. Bununla bağlı yekun qərarı AFFA İntizam Komitəsi verəcək.