AZ

Hokkeyçinin şərəfinə restoranların adı dəyişdirilib

"McDonald's" Kanadadakı iki restoranının adını müvəqqəti olaraq hokkey üzrə milli komandanın oyunçusu Konnor MakDevidin şərəfinə dəyişdirib.

İdman.biz xəbər verir ki, "McDavid's" restoranlarından biri Edmontonda, digəri isə hokkeyçinin doğulduğu Nyumarketdə yerləşir.

Kampaniya bir həftə davam edəcək.

Qeyd edək ki, Kanada millisi Monreal və Bostonda keçirilən “4 Nations Face-Off” turnirinin qalibi olub. 28 yaşlı MakDevid ABŞ komandası ilə matçın əlavə vaxtında qələbə qolunu vuraraq (3:2) final matçının ən yaxşı oyunçusu olub. NHL=də hazırkı mövsümdə isə McDavid 53 oyun keçirərək 74 (22+52) xal toplayıb.

İdman.biz

Seçilən
48
idman.biz

1Mənbələr