AZ

UFC ekspertləri FBI agentlərini hazırlayacaq

Bakı. Trend:

Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Keş Patelagentlərin fiziki təlimi prosesinə UFC-dən (Mütləq DöyüşçüÇempionatı - red.) olan MMA (qarışıq əlbəyaxa döyüş növləri)məşqçilərini cəlb etmək istəyir.

Trend xəbər verirki, bu barədə “Reuters” dörd ayrı mənbəsinə istinadən məlumatyayıb.

Məlumata əsasən, Patel bu təşəbbüsü fevralın 26-da FBI-ın 55bölmə rəhbərləri ilə müzakirə edib.

O bildirib ki, UFC idman ustaları agentlərə döyüş sənəti vəözünümüdafiə üzrə bacarıqlarını artırmaqda kömək edəcəklər.

Qeyd edək ki, hazırkı ABŞ prezidenti Donald Tramp uzun müddətdirki, UFC azarkeşidir və mütəmadi olaraq qurumun əsas döyüştədbirlərində VİP tamaşaçı qismində iştirak edir.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr