Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 13-cü turun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşması Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. Turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların duelində çempionatın autsayderi “Gənclər” zirvədə qərarlaşan “Murov”la üz-üzə gəlib. Lider səfər matçında 3 xalı asanlıqla qazanıb.
Turun ötən gün baş tutmuş açılış qarşılaşmasında “Neftçi” MOİK-dən üstün olmuşdu – 3:0.
Qeyd edək ki, tura “Azərreyl”lə “Xilasedici”nin görüşü ilə yekun vurulacaq.
Yüksək Liqa
13-cü tur
1 mart
“Gənclər” – “Murov” 0:3 (10:25, 19:25, 17:25)
Sumqayıt Olimpiya İdman Kompleksi.
Xallar: Murov – 33. Xilasedici – 29. Azərreyl – 25. Neftçi – 18. MOİK – 5. Gənclər – 1.