AZ

Azərbaycanda bütün limanlar BAĞLANDI

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmilərin Hərəkətini İdarəetmə Mərkəzinin (GHİM) mütəxəssisləri gücləndirilmiş iş rejimində işləyir.

Publika.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq DDLA-dan məlumat verilib.

"Hazırda Azərbaycanın bütün dəniz limanlarından gəmilərin giriş-çıxışına qadağa qoyulub. Xəzər dənizində şimal-qərb və şimal küləyinin güclənəcəyi, bəzi yerlərdə küləyin sürətinin 30 m/s-yə çatacağı, dalğanın hündürlüyünün isə 5.5 metrə çatacağı gözlənilir.

Çətin hava şəraiti nəzərə alınaraq dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilib və operatorların daimi nəzarəti altındadırlar. Azərbaycanın ərazi sularında faktiki vəziyyətə nəzarət etmək məqsədilə Milli Dəniz Administrasiyası Mərkəzi küləyin istiqaməti və gücünə, dalğaların hündürlüyünə və görünmə məsafəsinə daim nəzarət edir. Mərkəzin mütəxəssisləri külək zəifləyənə qədər məlumat mübadiləsini və gəmilərin hərəkətinin tənzimlənməsini davam etdirəcəklər", - agentlikdən bildirilib.

Seçilən
131
26
publika.az

10Mənbələr