AZ

Lavrov Ukraynanın "Türk axını"nın obyektinə hücumu barədə Hakan Fidanı məlumatlandırıb

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarıHakan Fidana Ukraynanın “Türk axını” qaz kəmərinin infrastrukturunahücumu barədə məlumat verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya diplomatikmissiyasının saytında nazirlər arasında telefon danışığından sonraverilən məlumatda deyilib.

"Sergey Lavrov bildirib ki, fevralın 27-dən 28-nə keçən gecəUkrayna üç pilotsuz uçuş aparatı vasitəsilə “Türk axını” qazkəmərində yerləşən “Russkaya” kompressor stansiyasına hücum etməyəcəhd edib", - deyə Nazirlik qeyd edib.

Bildirilib ki, Lavrov türkiyəli həmkarından Ukraynanin mülkiinfrastruktur obyektlərinə qarşı həyata keçirilən terror aktlarıtörətmək üçün oxşar cəhdlərinin qarşısını almaq üçün Kiyevləəməkdaşlıqda Ankaranın mövcud imkanlarından istifadə etməyi xahişedib. "Hakan Fidan lazımi tədbirlərin görüləcəyini deyib", - deyəRusiya XİN bildirib.

Seçilən
127
1
az.trend.az

10Mənbələr