AZ

Vergi bəyannaməsindəki yeniliklər biznes subyektləri üçün mühüm imkanlar yaradacaq

Vergi bəyannaməsindəki yeniliklər biznes subyektləri üçün mühüm imkanlar yaradacaq

“Vergi bəyannamələrinin artıq demək olar ki, oflayn rejimdən onlayn rejimdə hazırlanmasına keçidi təmin olunub”. 

Operativ Media xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov ölkənin aparıcı maliyyə və biznes platformalarından biri olan “Vergi və Mühasibatlıq Zirvəsi 2025”də (VMZ2025) deyib.

Onun sözlərinə görə, cari ilin birinci yarımilliyində artıq bu prosesin tam olaraq başa çatdırılması nəzərdə tutulur. 

N.Dərgahov bu prosesin vergi ödəyiciləri və biznes subyektləri üçün yaratdığı imkanlardan da danışıb: “Bəyannamələr artıq təqdim olunarkən tərtibat mərhələsində onların qarşılaşdıqları uyğunsuzluqları vaxtında və yerində həll etmək imkanı yaradacaq və bu da nəticə etibarilə gələcəkdə həm uyğunsuzluqların sayında, həm də kameral vergi yoxlamalarının və yaxud səyyar vergi yoxlamaları zamanı qarşılaşdıqları risklərin minimallaşmasına birbaşa olaraq xidmət edir. Dolayısı ilə bu sahədə uyğunsuzluqların azalması nəticə etibarilə onların vergi orqanlarında işlərinə müsbət təsir göstərmiş olacaqdır”.

Seçilən
71
operativmedia.az

1Mənbələr