Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmilərin Hərəkətini İdarəetmə Mərkəzinin (GHİM) mütəxəssisləri hər zaman olduğu kimi bu gündə gücləndirilmiş iş rejimində çalışır.
Aznews.az xəbər verir ki, bu barədəDDLA-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
“Hazırda Azərbaycanın bütün dəniz limanlarında gəmilərin giriş-çıxışına qadağa qoyulub. Xəzər dənizində şimal-qərb və şimal küləyinin güclənəcəyi, bəzi yerlərdə küləyin sürətinin 30 m/s-yə çatacağı, dalğanın hündürlüyünün isə 5,5 metrə qədər güclənəcəyi gözlənilir.
Çətin hava şəraiti nəzərə alınaraq dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilib və GHİM-nin mütəxəssisləri tərəfindən nəzarət olunur. Azərbaycanın ərazi sularında faktiki vəziyyətə nəzarət etmək məqsədilə GHİM-ninmütəxəssisləriküləyin azalma anına qədərməlumat mübadiləsini və gəmilərin hərəkətinin tənzimlənməsini davam etdirəcəklər”, - P. İmanova bildirib.