AZ

Türkiyədə xoşbəxt insanların faizi azalıb - TÜİK

Bakı, TurkicWorld

Türkiyə Statistika Təşkilatının (TÜİK) 2024-cü il Həyat Məmnuniyyəti Araşdırmasının nəticələrinə görə, xoşbəxt insanların nisbəti ötən illə müqayisədə azalıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, araşdırmaya əsasən, 2023-cü ildə xoşbəxt olduğunu bildirən 18 və yuxarı yaşda olan şəxslərin nisbəti 52,7% olduğu halda, 2024-cü ildə bu göstərici 49,6%-ə enib.

Bunun əksinə olaraq, bədbəxt olduğunu deyənlərin sayı 13,7%-dən 14,5%-ə yüksəlib.

Kişilər arasında xoşbəxtlik nisbəti 2023-cü ildə 50,3%, 2024-cü ildə isə 46,9% olduğu halda, Qadınlar arasında bu göstərici 2023-cü ildə 55,1%, 2024-cü ildə isə 52,3% təşkil edib.

Evli fərdlər subaylara nisbətən daha çox xoşbəxtlik hiss etdiklərini bildiriblər.

2024-cü ildə xoşbəxt olduğunu bildirən evli şəxslərin nisbəti 52,5%, subaylar üçün isə bu göstərici 44,0% olub.

Evli kişilər arasında xoşbəxtlik 49,5%, evli qadınlar arasında isə 55,4% təşkil edib.

25-34 yaş qrupu istisna olmaqla, bütün yaş qruplarında xoşbəxtlik səviyyəsi aşağı düşüb.

25-34 yaş qrupu xoşbəxtlik nisbətini 0,3% artıraraq 51%-ə yüksəldib.

Ən kəskin azalma 45-54 yaş qrupunda olub – bu yaş aralığında xoşbəxtlik 7,1% azalaraq 46,5%-ə düşüb. 55-64 yaş qrupunda xoşbəxtlik 2,2% azalaraq 47,5%-ə, 65 və yuxarı yaşda olanlar arasında isə 1,9% azalaraq 54,1%-ə enib.

Fərdlərin xoşbəxtlik mənbələri sorğuda müəyyən edilib. Respondentlərin 72,9%-i ailələrinin onları ən çox xoşbəxt etdiyini bildirib. Bundan sonra, övladlar (13,2%),özləri (4,2%),həyat yoldaşı (3,4%),anası/atası (3,0%) və nəvələri (1,9%) gəlir.

Xoşbəxtlik mənbəyi kimi fərdlər ən çox sağlamlığı qeyd ediblər.

2024-cü ildə respondentlərin 64,3%-i gələcəklərinə ümidli olduqlarını bildiriblər.

Həyat məmnuniyyəti səviyyəsi isə 10 ballıq sistemlə orta hesabla 5,7 olaraq müəyyən edilib.

Sorğuya əsasən, ictimai asayiş xidmətləri ilə bağlı məmnunluq səviyyəsi 72,1% olub.

Respondentlərin fikrincə, ölkənin ən böyük problemi yaşayış minimumudur (29,2%).

Sorğunun nəticələri Türkiyədə xoşbəxtlik səviyyəsində azalma olduğunu göstərir, lakin insanların böyük hissəsi gələcəyə ümidlə baxır.

Seçilən
32
turkic.world

1Mənbələr