AZ

“Fitch Solutions”: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini 6,75%-ə endirəcək

“Azərbaycan Mərkəzi Bankı bu il uçot faiz dərəcəsini 6,75%-ə qədər endirəcək”.

Bu barədə “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin proqnozunda bildirilib.

 

“Fitch Solutions”un əsaslandırması

FS bunu belə əsaslandırır: “2025-ci il ərzində biz inanırıq ki, işsizlik səviyyəsinin azalması (2024-cü ilin üçüncü rübündə 5.3%) fonunda özəl istehlak dəstəklənməyə davam edəcək. Bununla belə, real əməkhaqqının tədricən azalması səbəbindən istehlak müəyyən qədər zəifləyəcək.”

İnflyasiya və istehlak gözləntiləri

“2025-ci ildə inflyasiyada yumşaq artım gözlənilir. Biz qiymətlərin bu artımını ümumi tələbin sağlam vəziyyətdə olması ilə əlaqələndiririk və buna görə də bu, Azərbaycan Mərkəzi Bankı üçün narahatlıq doğuracaq bir məsələ olmayacaq. Əksinə, biz gözləyirik ki, 2025-ci ildə monetar yumşalma davam edəcək və əsas yenidən maliyyələşdirmə dərəcəsi hazırkı 7.25%-dən ilin sonuna qədər 6.75%-ə düşəcək”.

Uçot dərəcəsinin endirilməsinin təsirləri

“Fitch Solutions” hesab edir ki, AMB-nin uçot dərəcəsini 6,75% səviyyəsinə endirərsə, bu, son beş ildə ən aşağı səviyyə olacaq. “Uçot dərəcəsinin endirilməsi ehtimal ki, həm istehlakı, həm də investisiya artımını stimullaşdıracaq”- FS əlavə edib.

Alternativ proqnozlar və AMB-nin gələcək qərarı

Qeyd edək ki, bundan əvvəl Niderlandın maliyyə korporasiyası “ING Group” Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 7,25%-dən 7,50%-ə yüksəldəcəyini proqnozlaşdırdığını açıqlayıb.

Xatırladaq ki, AMB ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayır. Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il martın 12-də açıqlayacaq.

// APress.az

Seçilən
32
apress.az

1Mənbələr