AZ

Diniyev "Çorum"u məğlubiyyətdən xilas edə bilməyib

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev növbəti dəfə Türkiyə 1-ci Liqasında qələbə qazana bilməyib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Çorum" 27-ci turda "Iğdır"ın qonağı olub.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Meydan sahibləri 14-cü dəqiqədə qələbə topunu vurublar. Ehtiyatda qalan Diniyev görüşün 77-ci dəqiqəsində oyuna daxil olub.

Qeyd edək ki, "Çorum" son 3 oyunda qələbə qazana bilməyib. Coşqunun komandası 39 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
44
idman.biz

1Mənbələr