AZ

Rusiya müxalifəti Berlinin mərkəzində yürüş keçirdi


Berlinin mərkəzində, Potsdamer Platz meydanında rus müxalifəti “Rusiya Putinə qarşı” şüarı ilə yürüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Meduza”nın müxbiri məlumat yayıb.
Yürüşün əvvəlində Potsdamer Platzda 250-300 nəfər toplaşıb, sonradan onların sayı təxminən 500 nəfərə yüksəlib. Aksiya iştirakçılarının bəziləri Rusiya və Ukrayna bayraqları ilə gəliblər.
Etirazçılar Berlinin mərkəzindən Rusiya səfirliyinin yanından keçməklə təxminən üç kilometr uzunluğunda marşrutla yürüş ediblər. Yürüş Brandenburq qapısında başa çatıb.
Yürüş İlya Yaşin, Vladimir Kara-Murza və Yuliya Navalnaya tərəfindən təşkil olunub. Təşkilatçıların qısa çıxışlarından sonra iştirakçılar dağılışıblar.
Seçilən
32
yeniavaz.com

1Mənbələr