AZ

Qara görə rayonlara təxirə salınan avtobus reysləri nə vaxt bərpa ediləcək? VİDEO

Gecə saatlarında yağan güclü qar səbəbindən Bakıdan bölgələrə gedən bəzi avtobus reysləri təxirə salınıb.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Yerüstü Nəqliyyat Agentliyi qərar qəbul edib.

Məlumata görə, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 4 istiqamətdə reyslər təxirə salınıb.

AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Aidiyyəti qurumlarla birgə yollar buzdan təmizləndikcə xətlərə cəlb edilən avtobusların sayı artırılır.

Qeyd edilib ki, təxirə salınan istiqamətlərdə reyslərin bərpası haqqında məlumat veriləcək. Sərnişinlər  sonrakı günlərdə biletləri geri qaytara biləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
58
xezerxeber.az

1Mənbələr