AZ

Məhkəmə-Hüquq Şurası ilə MAA arasında memorandum imzalandı

2025-ci il 28 fevral tarixində Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov arasında görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr yüksək qiymətləndirilib, 20-yə yaxın hakimin MAA-da pedaqoji fəaliyyətə cəlb edilməsi, 11 hakimin isə Akademiyanın məzunu olması vurğulanıb.

Eyni zamanda MAA nəzdində yaradılmış hüquq sahələri üzrə Dissertasiya şurası çərçivəsində Ali Məhkəmədən ekspert rəylərinin alınması istiqamətində də məsələlər müzakirə olunub.

Seçilən
81
8
publika.az

10Mənbələr