AZ

MAQATE müşahidəçilərinin rotasiyası Zaporijjya AES-də baş tutub

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müşahidəçilərinin rotasiyası Zaporijjya AES-də baş tutub.

“MAQATE-nin 27-ci monitorinq qrupu üç müfəttişdən ibarətdir. Onların vəzifəsi, əvvəlki kimi, stansiyanın həm istismar, həm də fiziki təhlükəsizlik vəziyyətini izləmək və qiymətləndirməkdir”, – Zaporijjya AES-in rəsmi Telegram kanalında deyilir.

Komandanın növbəti rotasiyası bir ay əvvəl planlaşdırılıb, lakin Ukrayna Silahlı Qüvvələrinin təxribatları səbəbindən iki dəfə təxirə salınıb.

Üstəlik, marşrut ilk dəfə Rusiya ərazisindən keçib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin MAQATE karvanına hücumunun görüntülərini nümayiş etdirib.

DOĞRU.AZ

Seçilən
42
dogru.az

1Mənbələr