AZ

«Haval» kəskin ucuzlaşdı: 9800 dollarlıq modeli buraxıldı - ƏTRAFLI

Çinin «Haval» avtomobil şirkəti yerli bazarda məşhur «Haval H6» krossoverinin yeni versiyasını buraxıb. 

FED.az xəbər verir ki, «National Trend Edition» adlanan modelin qiyməti diqqəti cəlb edir – cəmi 71.9 min yuan və ya 9800 dollar. 

Amma bu avtomobilin satışı üçün məhdud vaxt çərçivəsində qüvvədə olacaq. Həmin vaxt başa çatdıqdan sonra «National Trend Edition»  modeli 98,9-108,9 min yuan və ya 13,6-14,95 min dollaradək bahalaşacaq.

Yeni model 19 düymlük təkər disləri və 12,3 diaqnallı multimedia sistemi ilə təchiz edilib. 

Daha zəngin komplektasiyada smartfon üçün enerji doldurma aparatı, damda lyuk, klimat-kontrol və sair sürücüyə dəstək sistemləri nəzərdə tutulub. 

«Haval H6» «National Trend Edition» krossoverinin ölçüləri Qabaritı krossovera — 4645 x 1860 x 1720 mm, təkər bazası— 2680 mm-dir.

Avtomobil 150 at gücü olan 1,5 litrlik GW4G15M turbo mühərriklə hərəkətə gətirilir. Maşının sürətlər qutusu 7 pilləli «robot»dur. 
 

«Haval»«Haval»
Seçilən
35
fed.az

1Mənbələr