Bakı, TurkicWorld
Pəncərənizə daş atılmasını istəmirsinizsə, qonşunun pəncərəsinə daş atmamalısınız.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər naziri Hakan Fidanın, İranın PKK/YPG-ni dəstəklədiyinə dair iddiaları ilə bağlı verdiyi açıqlamada yer alıb.
"Başqa bir ölkədə narahatlıq yaratsanız, başqaları da sizə eyni şeyi edə bilər" - deyə nazir qeyd edib.
Fidan vurğulayıb ki, dünyada artıq heç nə gizli qala bilmir və onlarda olan imkanlar başqalarında da var.