AZ

"Bayer-04"dən səfərdə böyükhesablı qələbə

Almaniya Bundesliqasında XXIV tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün 6 oyun keçirilib.

Günün maraqla gözlənilən qarşılaşması Frankfurtda baş tutub. "Ayntraxt" "Bayer-04"ü qəbul edib.

Oyunda hesabı qonaqlar açıblar. Natan Tella fərqlənib. Çox keçmədən Nordi Mukiele adını tabloya yazdırıb. Leverkuzen təmsilçisi ilk hissədə daha bir qol vurmağı bacarıb. Patrik Şik hesabı 3:0 edib. Meydan sahibləri Uqo Ekitike ilə fərqi 2 topa endiriblər.

Lakin ikinci yarıda qonaqlar daha bir qol vurublar. Aleks Qarsiya matçda yekun nəticəni müəyyənləşdirib - 4:1.

Almaniya Bundesliqası

XXIV tur

"Haydenhaym" - "Borussiya" M 0:3

"Leyptsiq" - Maynts" 1:2

"St. Pauli" - "Borussiya" D 0:2

"Boxum" - "Hoffenhaym" 0:1

"Verder Bremen" - "Volfsburq" 1:2

"Ayntraxt" - "Bayer-04" 1:4

“Fənərbaxça” qələbə ilə pley-offda

“Yuventus” “Empoli” ilə bacarmadı

“Siti” və “Liverpul”dan qələbə, “Arsenal” xal itirdi

"Beşiktaş" növbəti mərhələdə

“Nant” 3 xalı 3 qolla qazandı

Seçilən
28
1
apasport.az

2Mənbələr