AZ

Hansı ölkələrdə ən uzun və ən qısa oruc saatları var?

Bu il Ramazan ayında müxtəlif ölkələrdə oruc tutma müddətləri arasındakı fərq üç saatdan az olacaq.

Far.Az-in "Haber Global"a istinadən verdiyi məlumata görə, orucun müddəti ölkənin coğrafi mövqeyindən asılıdır.

Ramazan ayının son günü olan martın 29-da ən uzun oruc Reykyavik (İslandiya) və Nuukda (Qrenlandiya) olacaq - 15 saat 52 dəqiqə.

Günün ən qısa orucu Çilinin Punta Arenas şəhərində 13 saat 38 dəqiqə davam edəcək.

Seçilən
43
far.az

1Mənbələr