Ukrayna Premyer Liqasında XIX turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi “Çernomorets” evdə “Levıy Bereq”ə uduzub.
Matça start heyətində başlayan Emil 53-cü dəqiqədə sarı vərəqəylə cəzalandırılıb. O, 73-cü dəqiqədə Kiril Popovla əvəzlənib.
Aktivində 15 xalı olan “Çernomorets” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Ukrayna Premyer Liqası
XIX Tur
1 mart
Çernomorets – Levıy Bereq 0:1
Qol: D.Şastal, 21