İranın Sistan və Bəlucistan əyalətinin Saravan rayonunda SEPAH-a bağlı “Bəsic” qüvvələrinin iki əsgəri terrorçular tərəfindən öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
SEPAH-ın quru qüvvələrinin İranın cənub-şərqindəki Qüds bazasının ictimaiyyətlə əlaqələr idarəsi bildirib ki, Saravandakı Şəhid Səccad bazasının təhlükəsizlik planında iştirak edən “Bəsic”in iki üzvü bu səhər şəxsi avtomobillə işdən evə qayıdarkən terrorçuların tələsinə düşüb.