AZ

“Domodedovo”nun sahibinə ölkədən çıxış qadağası qoyuldu

“Domodedovo” hava limanının hazırkı sahibi Dmitri Kamenşçik və hava limanının müşahidə şurasının keçmiş rəhbəri, milyarder Valeri Koqanın ölkədən çıxışına qadağa qoyulub.

Axar.az xəbər verir ki, bu barədə “Şot” Teleqram kanalı məlumat yayıb.

Səbəb Baş Prokurorluğun apardığı araşdırma nəticəsində xaricə pul köçürmələri ilə bağlı irimiqyaslı sxemin üzə çıxmasıdır. Aeroport rəhbərliyinin kreditləri ödəmək bəhanəsi ilə qanunsuz olaraq xarici yurisdiksiyalara 18 milyard rubl köçürməsi araşdırılır.

Domodedovo hava limanının idarəçiliyinin Federal Hava Nəqliyyatı Agentliyinə (Rosaviasiya) verilməsi planlaşdırılır.

Moskva vilayətinin Arbitraj Məhkəməsi Baş Prokurorluğun tələbi ilə artıq “Domodedovo” şirkətlər qrupunun bütün aktivlərinə həbs qoyub. Rosaviasiya hava limanını idarə etmək imkanı əldə edib.

Seçilən
80
2
axar.az

3Mənbələr